MUĞANDA 6 MİLLİ-MƏDƏNİ FƏALL HƏBS EDİLİB
BUTOVAZERBAYCANBİRLİYİ: Güney Azərbaycanda ikisi jurnalist olmaqla 6 milli-mədəni fəall Məhnaz Kərimi, Nadir Əzizi, Mehdi Zeynali, Hafiz Sərdarpur, Mustafa Cəmşidi və Ramin Cabbari həbs ediliblər.
BUTOVAZERBAYCANBİRLİYİ: Güney Azərbaycanda ikisi jurnalist olmaqla 6 milli-mədəni fəall Məhnaz Kərimi, Nadir Əzizi, Mehdi Zeynali, Hafiz Sərdarpur, Mustafa Cəmşidi və Ramin Cabbari həbs ediliblər.
Məlumatda üç milli-mədəni fəal Ramin Cabbari, Nadir Əzizi və Hafiz Sərdarpurun mayın 17-də İran Təhlükəsizlik Xidməti”ETTELAAT”-ın yerli şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqları bildirilir.
Adı çəkilən şəxslər, heç bir əsas göstərilmədən saxlanıldıqdan sonar məhkəmə hökmü olmadan onların evlərində yoxlama aparılıb.
Yoxlamalar zamanı hər üç fəalın şəxsi bilgisayarları, çox sayda kitabları və başqa şəxsi əşayaları müsadirə edilərək “ETTELAAT”-ın yerli bölməsinə aparılıb.
Bununla yanaşı mayın 18-də rejimin təhlükəsizlik xidmətinin əməkdaşları şairə Məhnaz Kərimi və Mehdi Zeynalınıda tutublar. Azərbaycanlı fəallar Davud Məqami və Hüseyn Balayinin evlərində axtarış aparılılıb.
İranda Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin saytı”savalansesi”nin verdiyi xəbərə görə mayın 18-də azərbaycanlı müəllim və jurnalist Mustafa Cəmşidi Germi şəhərində hökumət məmurları tərəfindən saxlanılıb. Məmurlar Cəmşidinin ata evində axtarış apararaq ona aid bilgisayar, kitablar, CD-lər və naşqa şəxsi əşyaları müsadirə ediblər.
Xəbərdə Germinin “Pəyami Nur” Universitəsinin elmi heyətinin üzvü, “Nidayi Muğan” həftəliyinin başredaktoru, sosyoloq Mürtəza Fərəciyən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən izahat üçün idarənin yerli bölməsinə çağrılıb.
Yerli mənbələr bu tutuqlamaları 22 may hərəkatının ildönümü ərəfəsində Güney Azərbaycan şəhərlərində, o cümlədən Muğan bölgəsində geniş şəkildə yayınlanan bildiri və bəyanatlarla bağlıdır.


st Akbar Azad blev anholdt i sit hjem i Teheran af flere civilklædte mænd den 25. maj. Han er en journalist på bladet ”Varlig” og det ugentlige magasin ”Yarpag”. Yarpag er en af Irans førende azerbaijansk-sproget aviser og på baggrund af hans bidrag til disse blade er han blevet anholdt. Da han tidligere blev arresteret den 10. september 2008, tilbragte han 50 dage i isolation i afdeling 209 i Teherans Evin fængsel og blev først løsladt efter en betaling af 50 mio. toman i kaution. 





